
Bu gün Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında "Qarabağ"ı qəbul edəcək Portuqaliyanın "Benfika" klubunu UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi böyük məbləğdə cərimələyib.
Sportnet.az xəbər verir ki, buna Lissabon komandasının azarkeşlərinin əvvəlki mərhələlərdəki ev oyunları zamanı davranışları səbəb olub.
Avqustun 12-də Fransa "Nitsa"sına 2:0 hesabı ilə qalib gəldiyi görüş "Benfika"ya 24 500 avro cərimə bahasına başa gəlib. Məbləğin 14 000 avrosu ictimai keçidlərin bloklanması, 2 500 avrosu meydana azarkeşin girməsi, 8 000 avrosu fişənglərin yandırılması üzündən olub.
Avqustun 27-də Türkiyə "Fənərbağça"sını 1:0 hesabı ilə yendiyi görüşdə isə Lissabon komandasının fanatları yenə fişəng yandırıblar. Buna görə klub 5 750 avro ziyana düşüb.
Beləliklə, son iki ev oyunu paytaxt təmsilçisinin 30 250 avro cərimələnməsinə səbəb olub.
Qeyd edək ki, "Da Luj" stadionunda keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.