
"Sevincimi sözlə ifadə edə bilmirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov Portuqaliyaya "Benfika"ya 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
"İnanıram ki, komandamızın və özümün unudulmaz oyunlarından biri idi. 0:2 hesabı ilə geri düşəndən sonra bəlkə də çoxları buna inanmırdı. Amma biz inandıq və bacardıq. Davamlı qələbələrimiz olsun, ardı gəlsin", - Bayramov əlavə edib.