İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun İngiltərə "Liverpul"una qarşı səfər matçında meydandan qovulub.
Sportnet.az-ın məlumatına görə, bu, görüşün 90+3-cü dəqiqəsində baş verib.
"Liverpul"un müdafiəçisi Vircil van Deykin qolunun ardından argentinalı mütəxəssis rəqib komanda azarkeşləri tərəfə atılaraq, onlarla davaya girmək istəyib. Onun qarşısını stüardlar kəsiblər.
Bu zaman Simeone italiyalı baş hakim Mauritsio Marianiyə orta barmağını göstərib.
Fanatlar da analoji jestlə onun özünü təxribata çəkməyə çalışıblar. Mariani baş məşqçiyə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş uzatma dəqiqələrində Vircil van Deykin qolu sayəsində "Liverpul"un qələbəsi ilə başa çatıb.









































































