
Azərbaycanlı FIFA referisi UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) görüşünü idarə edib.
Sportnet.az xəbər verir ki, Kopenhagen şəhərindəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahibləri oyunda 2 dəfə önə keçsələr də, qələbə hesabını qoruya bilməyiblər.
"Kopenhagen"dən Cordan Larsson 9-cu, Robert 87-ci, "Bayer"dən isə Alexandro Qrimaldo 82-ci və Pantselis Hatsidiakos 90+2-ci (öz qapsına) fərqlənib.
Ağayev meydan sahiblərindən kapitan Tomas Delani, Markos Lopes və Pantselis Hatsidiakosa, qonaqlardan isə Edmond Tapsoba və Lukas Vaskesə sarı vərəqə göstərib.
"Kopenhagen" növbəti oyununu oktyabrın 1-də Bakıda "Qarabağ"a qarşı keçirəcək.
Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Elçin Məsiyev dördüncü hakim qismində yardımçı olub.