
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun rəmzi komandası açıqlanıb.
Sportnet.az qurumun feysbuk səhifəsinə istinadən xəbər verir ki, "11-liy"ə "Qarabağ"ın futbolçusu Pedro Bikalyo da düşüb.
O, 5 ən yaxşı yarımmüdafiəçidən biri sayılıb.
Qapıçı: Xeronimo Rüli (“Olimpik Marsel”)
Müdafiəçilər: Markos Lyorente (“Atletiko” Madrid), Vircil van Deyk (“Liverpul”), Derrik Lyukkassen (“Pafos”), Yussufa Mjöci (“Slaviya” Praqa).
Yarımmüdafiəçilər: Markus Raşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisku Trinkan (“Sportinq” Lissabon).
Hücumçular: Markus Türam (“İnter”), Hari Keyn (“Bavariya”).
Qeyd edək ki, Bikalyo həm də "Qarabağ"ın Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə yendiyi matçın ən yaxşı oyunçusu seçilib.