
Türkiyə Super Liqasında VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Göztəpə" və "Beşiktaş" komandaları üz-üzə gəlib.
İzmirdəki "Gürsel Aksel" stadionunda təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları Juan 4-cü, Raldney 19-cu, İbrahim Sabra 84-cü dəqiqədə vurub.
Bununla da ilk 6 turda məğlub olmayan "Göztəpə" 12 xalla 2-ci pilləyə yüksəlib. "Beşiktaş" isə 4 oyundan 6 xalla 10-cu yerdə gedir.