
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Fənərbağça"nı 620 min lirə (15 080 manat), klubun sabiq prezidenti Ali Koçu 15 gün hüquqlarından məhrumetmə və 2 milyon lirə (82 078 manat) cərimələyib.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, Koç Türkiyədə futbolun və futbol qurumlarının etibarını zədələməyə yönələn açıqlamaları üzündən cəzalandırılıb.
Kluba verilmiş cərimənin 400 min lirəsi "Alanyaspor"la qarşılaşmada yaşanan çirkin şüarlar, 220 min lirəsi isə meydançada baş vermiş olaylarla əlaqədar olub.
PFDK eyni səbəblərdən tribunanın bəzi sektorlarının qismən qapadılmasını qərara alıb.
Qeyd edək ki, Türkiyə Super Liqasınsa sentyabrın 17-də keçirilmiş "Fənərbağça" - "Alanyaspor" qarşılaşmasında qalib müəyyənləşməyib - 2:2.