
UEFA Avropa Liqasının Liqa mərhələsində ilk tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə də 9 görüş keçirilib.
Gecənin ən böyük hesablı qələbəsi İsveçrədə qeydə alınıb. Yerli "Yanq Boyz" komandası Yunanıstan "Panatinaikos"una uduzub - 1:4.
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində üstələdiyi "Ferentsvaroş" isə Macarıstanda Çexiyanın "Viktoriya Plzen" komandasına məğlubiyyətdən xilas olub - 1:1. Budapeşt təmsilçisi, latviyalı yarımmüdafiəçi Cebrail Makrekkisin 38-ci dəqiqədə qırmızı vərəqə alması üzündən azlıqda qalsa da, 90+4-cü dəqiqədə Aleksandar Peşiçin qolu ilə bərabərliyə nail olub.
Avropa Liqası
Liqa mərhələsi, I tur
25 sentyabr
20:45. "Lill" (Fransa) - "Brann" (Norveç) - 2:1
20:45. "Qo Ehed İqls" (Niderland) - FKSB (Rumıniya) - 0:1
23:00. "Zaltsburq" (Avstriya) - "Portu" (Portuqaliya) - 0:1
23:00. "Reyncers" (Şotlandiya) - "Genk" (Belçika) - 0:1
23:00. "Aston Villa" (İngiltərə) - "Bolonya" (İtaliya) - 1:0
23:00. "Ferensvaroş" (Macarıstan) - "Viktoriya" (Çexiya) - 1:1
23:00. "Yanq Boyz" (İsveçrə) - "Panatinaikos" (Yunanıstan) - 1:4
23:00. "Ştutqart" (Almaniya) - "Selta" (İspaniya) - 2:1
23:00. "Utrext" (Niderland) - "Lion" (Fransa) - 0:1
24 sentyabr
PAOK (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:0
"Midtüllann" (Danimarka) - "Şturm" (Avstriya) - 2:0
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Fənərbağça" (Türkiyə) - 3:1
"Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə) - 2:2
"Braqa" (Portuqaliya) - "Feyenoord" (Niderland) - 1:0
"Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya) - 1:1
"Frayburq" (Almaniya) - "Bazel" (İsveçrə) - 2:1
"Nitsa" (Fransa) - "Roma" (İtaliya) - 1:2
"Malmö" (İsveç) - "Ludoqorets" (Bolqarıstan) - 1:2