
Danimarkanın "Kopenhagen" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçına futbolçu itkiləri ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Oliver Höyer və eyni yaşlı hücumçu Conatan Mualem hazırda zədəlidirlər.
Daha bir orta sahə oyunçusu, 26 yaşlı Maqnus Mattson dizindən ciddi zədə aldığı üçün mövsümün sonunadək sıradan çıxıb.
32 yaşlı hücumçu Andreas Korneliusun oktyabrın əvvəllərinədək sıralara dönə bilməyəcəyi deyilir.
26 yaşlı tunisli forvard Elias Aşuri də zədə üzündən kənarda qalacaq. O, oktyabrın ortalarınadək yaşıl meydanlara dönəcək.
Qeyd edək ki, "Kopenhagen" Bakıya sentyabrın 29-da gələcək. "Qarabağ"la oyun oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.