
"Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçına indiyədək 27 500 bilet satılıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, məhdud sayda satılmamış qalıb.
Stadionun tamaşaçı tutumu 32 000-dir.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlanacaq. Arenanın qapıları azarkeşlər üçün görüşün start fitindən 120 dəqiqə əvvəl açılacaq.