
"Rəqibə hörmətlə yanaşırıq, amma məqsədimiz qalib gələrək, 3 xal qazanmaqdır".
Sportnet.az-ın məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin baş məşqçisi Yakob Neestrup "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçından öncə mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu bəhanə ola bilməz: "Ot örtüyü daha yaxşı ola bilərdi. Amma bu, bəhanə deyil. Hər şey normaldır".
Neestrupun fikrincə, Çempionlar Liqasında bu mərhələyədək irəliləyən bütün komandalar güclüdür: "Qarabağ" avrokuboklarda mütəmadi çıxış edir. Düşünürəm ki, rəqib Avropada oynamağa alışıb. Onların hücum xəttində yaxşı oyunçular var. Komanda olaraq, çox gözəl ötürmələr edirlər. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək oyun saat 20:45-də başlanacaq.