
– Ölkə futbolu adına daha bir qələbə qazandıq. Bu da tarixdir və buna görə çox sevincliyik. Qələbə xalqımıza hədiyyədir. Həmişə istəyirik ki, azarkeşlərimizi belə qələbələrlə sevindirək.
– İki oyuna 6 xal toplamaqdan yaxşı başlanğıc xəyal etmək olardımı?
– Məncə, çoxları bunu gözləmirdi. Açığı, biz də əvvəlcədən bu nəticəni təsəvvür etməmişdik. Görünən odur ki, futbolda hər şey baş verə bilir. Hər şey Allahın əlindədir. Amma yaxşı oyun nümayiş etdiririk və düşünmürəm ki, bu, təsadüfi qələbələrdir. Siz də oyunların gedişatına baxsanız, görərsiniz ki, layiqli qələbələr qazanmışıq. Hazırda komandamız yaxşı formadadır. İnşallah, çalışacağıq bunu qoruyub saxlayaq.
– “Atletik Bilbao” səfərində də məqsəd bu oyunu və nəticəni qorumaq olacaq?
– Əlbəttə. Bizim fikrimiz budur: maksimum bacardığımız qədər bu çıxışı davam etdirmək. Amma futboldur, hər şey ola bilər. Biz isə əlimizdən gələni etməliyik.
– Oyunun sonlarına yaxın çox yaxşı qol imkanı qaçırdınız. Məyus olmadınız?
– İstəyərdim qol olsun, amma qismət belə imiş.
– Komanda daxilində 1/24 mərhələsinə düşmək hədəfi qoyulubmu?
– İstəmirik bu qələbələr bizi başqa fikirlərə yönləndirsin. Eyforiyaya qapılmaq niyyətində deyilik. Çalışırıq ki, hər növbəti oyuna köklənək. Bunu da davam etdirəcəyik. Hər görüşdə məqsədimiz maksimum nəticə əldə etməkdir.