
"Oyunçular və komandamla həddindən artıq qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Bu da rəqibin sərt olması ilə bağlı idi. Oyunçularım əzmkarlıq göstərdilər".
Sportnet.az-ın məlumatına bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, oyunçularımızı təkcə meydana hazır etməli deyillər: "Oyuna görə nəticəni qoyaq kənara. İşimiz çoxdur. Yeni oyunçular gətirmişik. Oyun dramatik keçdi. Əvvəlki matçlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemimiz var, bunları da aradan qaldıracağıq. Bunlar məşqlərlə düzələsi bir şeydirsə, söz verərdik ki, gələn oyun aradan qalxacaq".
Abasov "Zirə"nin ikinci qolu vurması ilə nəticələnən penalti epizodu barədə də danışıb: "Olmayan video-görüntü ilə penalti verdi yox, penalti çıxardı. Maraqlısı odur ki, dördüncü hakimə dəvələrlə yalvardım. Dedim ki, qoldan əvvəl Alesio Kurçinin epizoduna da baxdır. O da söz verdi ki, baxdıracaq. Amma sonradan baş hakim dedi ki, mənə deyən olmadı. Çoxlarında yaxşı "Neftçi" olma qorxusu var. Bunu da aradan qaldıracağıq".