
İslandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup matçlarından əvvəl Ukrayna millisinin heyətində dəyişikliklər baş verib.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Sergey Rebrov heyətə iki futbolçu dəvət edib.
Bunlar Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Oleq Oçeretko və Jitomir "Polesye"sinin orta sahə oyunçusu Vladislav Velikandır.
Oçeretko zədə səbəbindən millidən kənarlaşdırılmış Türkiyə "Trabzonspor"unun üzvü Oleksandr Zubkovu əvəzləyib.
Velikan isə yığmaya ilk dəfə çağırılıb.
Qeyd edək ki, Ukrayna millisi İslandiya ilə oktyabrın 10-da Reykyavikdə, Azərbaycanla oktyabrın 13-də Polşanın Krakov şəhərində üz-üzə gələcək.