
"Arsenal" "Yuventus" futblçusu Kenan Yıldızı transfer etmək üçün mübarizə aparır
Sportnet.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
London təmsilçisi Türkiyə millisinin üzvü üçün "Yuventus"a təklif göndərməyi planlaşdırır. "Arsenal" Kenanın keçidinə görə 50 milyon avro ödəməyə razıdır. Bundan əlavə, "Arsenal" hücumçusu Qabriel Jesusu da müqaviləyə daxil etməyə hazırdır.
Bu mövsüm Yıldız bütün yarışlarda 12 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
"Yuventus" isə 20 yaşlı hücumameyilli yarımmüdafiəçini komandada saxlamaq istəyir. Daha əvvəl də bildirilmişdi ki, Turin klubu oyunçuya üçqat maaş təklif edib.