
Bu gün 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsində növbəti tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, yeni turun ilk oyun günündə 4 qrupda 8 matç keçiriləcək.
C qrupunda şərikli liderlərdən Danimarka Yunanıstanı, Şotlandiya Belarusu qəbul edəcək.
G qrupunda 10 xala malik komandalardan Polşa Litvanın, Finlandiya lider Niderlandın qonağı olacaq.
H qrupunda itkisiz irəliləyən Avstriya Rumıniya səfərində çıxış edəcəksə, San Marino Kiprlə ev oyununda xalsız durumdan qurtulmaq üçün mübarizə aparacaq.
Nəhayət, L qrupunda lider Xorvatiya xalsız Cəbəllütariqi, sensasiyalı şəkildə indiyədək 9 xal toplamış Farer adaları yığması isə Çexiyanı qəbul edəcək.
DÇ-2026
Seçmə mərhələ
9 oktyabr
C qrupu
20:00. Şotlandiya - Belarus
22:45. Danimarka – Yunanıstan
Xal durumu: Danimarka - 7, Şotlandiya - 7, Yunanıstan - 3, Belarus - 0
G qrupu
20:00. Niderland - Finlandiya
22:45. Litva - Polşa
Xal durumu: Niderland - 13 (5 oyun), Polşa - 10 (5), Finlandiya - 10 (6), Litva - 3 (6 oyun), Malta - 2 (6 oyun).
H qrupu
17:00. San Marino - Kipr
22:45. Rumıniya - Avstriya
Xal durumu: Avstriya - 15 (5 oyun), Bosniya və Herseqovina - 13 (6), Rumıniya - 7 (5), Kipr - 5 (6), San Marino - 0 (6)
L qrupu
20:00. Farer adaları - Çexiya
22:45. Xorvatiya - Cəbəllütariq
Xal durumu: Xorvatiya - 13 (5 oyun), Çexiya - 13 (6), Farer adaları - 9 (6), Monteneqro - 6 (6), Cəbəllütariq - 0 (5).