
Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə 4 qrupda 8 qarşılaşma oynanılacaq.
A qrupunda ilk 3 pilləni bölüşən komandalardan Şimali İrlandiya və Almaniya bir-biri ilə üz-üzə gələcək. Digər matçda Slovakiya Lüksemburqu qəbul edəcək.
B qrupunda lider İsveçrə Sloveniyanın, ikinci pillədəki Kosovo İsveçin qonağı olacaq.
D qrupunda Ukrayna Azərbaycanla yenə heç-heçə etsə, Fransa İslandiyanı səfərdə yenərək, dünya çempionatına birbaşa vəsiqəni təmin edəcək.
J qrupunda isə Şimali Makedoniya üçün Qazaxıstanla ev oyunu nə qədər asan təsir bağışlayacaqsa, Uels - Belçika qarşılaşması gərginlik vəd edir.
A qrupu
22:45. Şimali İrlandiya – Almaniya
22:45. Slovakiya – Luksemburq
Xal durumu: Almaniya - 6, Şimali İrlandiya - 6, Slovakiya - 6, Lüksemburq - 0
B qrupu
22:45. Sloveniya – İsveçrə
22:45. İsveç – Kosovo
Xal durumu: İsveçrə - 9, Kosovo - 4, Sloveniya - 2, İsveç - 1
D qrupu
22:45. Ukrayna – Azərbaycan
22:45. İslandiya – Fransa
Xal durumu: Fransa - 9, Ukrayna - 4, İslandiya - 3, Azərbaycan - 1
J qrupu
22:45. Şimali Makedoniya – Qazaxıstan
22:45. Uels – Belçika
Xal durumu: Şimali Makedoniya - 12 (6 oyuna), Belçika - 11 (5), Uels - 10 (5), Qazaxıstan - 6 (6), Lixtenşteyn - 0 (6).