
Farer adaları millisi tarixində ilk dəfə 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsində ardıcıl üç qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, "cırtdan ölkə" komandası mundiala vəsiqə şanslarını qoruyur.
L qrupunda yer alan yığma Monteneqroya 4:0, Cəbəllütariqə 1:0, Çexiyaya 2:1 hesabı ilə qalib gələrək, 7 oyundan 12 xalla üçüncü yeri tutur.
Həlledici turda Farer adaları yığması qrup lideri Xorvatiya ilə üz-üzə gələcək. Qrupun qalibi birbaşa vəsiqəyə yiyələnəcək. İkinci yeri tutanlar isə mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.