
Bu gün 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsində oyun həftəsinin son qarşılaşmaları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, 4 qrupda 8 görüş baş tutacaq.
E qrupunda Türkiyə Gürcüstanla, lider İspaniya xalı olmayan Bolqarıstanla üz-üzə gələcək.
F qrupunda lider Portuqaliya ikinci pillədəki Macarıstanı qəbul edəcəksə, Ermənistan öz meydanında məğlub etdiyi İrlandiyanın qonağı olacaq.
I qrupunda maksimal xalla lider olan Norveç bu tur dincələcək. Əvəzində İtaliya İsraili, Estoniya xalsız Moldovanı sınağa çəkəcək.
K qrupunda İngiltərə səfərdə Latviyaya qalib gəlsə, DÇ-2026-ya vəsiqəsini rəsmiləşdirəcək. Digər görüşdə isə Andorra Serbiyanı qəbul edəcək.
DÇ-2026, seçmə mərhələ
14 oktyabr
E qrupu
22:45. İspaniya - Bolqarıstan
22:45. Türkiyə - Gürcüstan
Xal durumu: İspaniya - 9, Türkiyə - 6, Gürcüstan - 3, Bolqarıstan - 0
F qrupu
22:45. Portuqaliya - Macarıstan
22:45. İrlandiya - Ermənistan
Xal durumu: Portuqaliya - 7, Macarıstan - 4, Ermənistan - 3, İrlandiya - 2
I qrupu
20:00. Estoniya - Moldova
22:45. İtaliya - İsrail
Xal durumu: Norveç - 18 (6 oyuna), İtaliya - 12 (5), İsrail - 9 (6), Estoniya - 3 (6), Moldova - 0 (5)
K qrupu
22:45. Latviya - İngiltərə
22:45. Andorra - Serbiya
Xal durumu: İngiltərə - 15 (5 oyuna), Albaniya - 11 (6), Serbiya - 7 (5), Latviya - 5 (6), Andorra - 1 (6).