
Cənubi Afrika Respublikası (CAR) millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Huqo Brosun baş məşqçi olduğu kollektiv Adfrika zonası üzrə seçmə mərhələ oyununda Ruandanı darmadağın edib - 3:0.
Bununla da 18 xalla C qrupunun liderliyini təmin edən CAR yığması DÇ-2026-da iştirak hüququna yiyələnib. Sonuncu dəfə bu komanda 2010-cu ildə elə öz vətənində keçirilmiş mundialda mübarizə aparıb.
Xulen Lopeteginin komandası isə Asiya zonasındakı A qrupunda BƏƏ millisini 2:1 hesabı ilə yenib. Beləliklə, Qətər yığması öz ölkəsində keçirilmiş DÇ-2022-dən sonra ardıcıl ikinci dəfə mundialda iştirak hüququ əldə edib.