Azərbaycan milli komandasının sabiq oyunçusu Rail Məlikov "Qəbələ" ilə yollarını ayırması xəbərini təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi klubla müqavilə müddətini uzatmamaq barədə qarşılıqlı qərara gəlib.
"Qəbələ" klubuna qarşıdakı avrokubok oyunlarında uğur arzulayan Məlikov karyerasını Türkiyədə davam etdirmək niyyətində olduğunu bildirib. O, hələ ki, konkret klubunun adını müəyyənləşdirmədiyini bildirib: "Menecerim Türkiyənin birinci divizionunun bir neçə klubu ilə danışıq aparır. Yaxın günlərdə növbəti mövsüm hansı komandada çıxış edəcəyim bilinəcək".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |