
AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva növbəti beynəlxalq təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, xanım funksioner UEFA Gənclər Liqasında Çempionlar Yolunun "Lokomotiva Zaqreb" (Xorvatiya) və FCSB (Rumıniya) komandaları arasındakı cavab matçında iş başında olacaq.
O, UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanı İqor Boşçanın rəhbərliyi altında moldovalı Hakimlər briqadası idarə edəcək.
Oktyabrın 22-də Sisak şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.