
İsoaniya La Liqasında XVII turun dekabrın 20-də ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılan "Vilyarreal" - "Barselona" matçı ləğv edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.
Belə bir qərar başda "Real Madrid" olmaqla, İspaniyanın bir çox klubunun ciddi etirazları fonunda qəbul olunub. Mayamidəki matçın təşkilatçıları da oyuna lazımi səviyyədə hazırlıq üçün vaxtlarının olmadığını bildiriblər.