
Mərakeş millisinin futbolçusu Hakim Ziyeş karyerasını vətənində davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Vidad Kasablanka" klubuna keçib.
Ziyeş karyerasının ən parlaq dövrünü Niderlandın "Ayaks" və İngiltərənin "Çelsi" komandalarında keçirib. O, 2023/2024 mövsümündə icarə əsasında, 2024-cü ilin iyulundan 2025-ci il yanvarın 30-dək tamhüquqlu üzv kimi Türkiyə "Qalatasaray"ının formasını geyinib. Təcrübəli oyunçu ötən mövsümün ikinci yarısını Qətərin "Əl Duhail" klubunda keçirib.
Bir müddət öncə Ziyeşin "Neftçi"yə keçəcəyinə dair xəbərlər yayılsa da, klub onunla maraqlanmadığını bildirib.