İtaliya "Yuventus"unun rəhbərliyi baş məşqçi İqor Tudoru son uğursuzluqlar fonunda istefa barədə məlumatlandırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder X sosial şəbəkəsində yazıb.
47 yaşlı Tudor 23 mart 2025-ci ildə Turin komandasının sükanı arxasına keçib. Klub rəhbərliyi iyunun 13-də onunla müqaviləni 2027-ci ilin iyununadək uzadıb.
"Qoca Sinyora" A Seriyasında 8 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın lideri "Napoli"nin isə 18 xalı var.












































































