AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Danimarkaya səfər edəcək.
Sportnet.az-ın məlumatına görə, belçikalı funksioner UEFA Avropa Liqasında "Midtüllann" və Şotlandiya "Seltik"i arasındakı IV tur matçının hakim-inspektoru olacaq.
O, Nenad Minakoviçin rəhbərlik etdiyi serbiyalı hakimlər briqadasının işinə qiymət verəcək. VAR hakimi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III turunda "Atletik"ə qarşı İspaniyada keçirdiyi oyunda da iş başında olan xorvatiyalı İvan Bebek olacaq.
UEFA nümayəndəsi isə polşalı Miroslav Rışka təyin edilib.
Xatırladaq ki, noyabrın 6-da Herninq şəhərindəki "MCH Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.






































































