Türkiyə Futbol Federasiyası (TFF) ölkə üzrə bütün peşəkar liqalarda aparılan genişmiqyaslı mərc araşdırmasının nəticələrini açıqlayıb.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, pul qoyuluşları etdiyi müəyyənləşən 1024 futbolçunun işi Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən tədbir görülməsi üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.
Siyahıda Super Liqadan 27 futbolçunun adı yer alıb. Galatasaraydan Metehan Baltacı və Eren Elmalı, Beşiktaşdan isə Ersin Destanoğlu və Necip Uysal həmin futbolçular arasındadır.
TFF bildirib ki, bu qədər geniş sayda futbolçunun heyətlərdən uzaqlaşdırılması səbəbindən klubların heyət problemlərini həll edə bilməsi üçün 15 günlük əlavə transfer pəncərəsi açılması istiqamətində FIFA ilə danışıqlara başlanılıb.
Federasiyanın 10 noyabr 2025-ci il tarixli qərarı ilə TFF 2-ci Liqa və TFF 3-cü Liqanın oyun təqvimi 2 həftə irəli çəkilib. Super Liqa və 1-ci Liqa isə əvvəlki proqram üzrə davam edəcək.
TFF əlavə edib ki, yalnız bir dəfə bahis hərəkəti təsbit olunan 47 futbolçu ilə bağlı qərar, rəsmi qurumlardan gələcək sənədlərə əsasən yenidən qiymətləndiriləcək. Araşdırmanın isə genişləndirilərək davam etdiyi vurğulanıb.
Federasiya tərəfindən açıqlanan 1024 nəfərlik siyahı bütün liqaları əhatə edir.












































































