"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
Sportnet.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Yan Urban 25 yaşlı qolkiperi ciddi zədə alan Lukaş Skorupski ilə əvəzləyib.
Skorupski İtaliya "Palermo"sunun heyətində B Seriyasının oyunu zamanı xəsarət alıb.
Qeyd edək ki, Polşa millisi noyabrın 14-də evdə Niderlandla, noyabrın 17-də isə səfərdə Malta ilə 2026-cı il dünya çempionatının seçmə matçında üz-üzə gələcək.















































































