"Aston Villa"da yeni müqavilə qeydə alınıb.
Sportnet.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Morqan Rocersin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi daha 6 il bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Aston Villa" Morqan Rocerssi 2024-cü ilin fevral ayında "Midlzbro"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm birmingemlilərin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
















































































