"Turan Tovuz" və "Şamaxı"nın sabiq futbolçusu Belaydi Pusi Rusiya I Liqasında "Fakel"in heyətində məhsuldar çıxışı ilə diqqət çəkir.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu son olaraq, XVIII turun "Spartak-Kostroma" ilə ev oyununda "dubl" edib.
Voronej təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi görüşdə albaniyalı forvard ilk və son qolları vurub.
Bununla da xallarını 39-a yüksəldən "Fakel" "Ural"ın, qol sayını 10-a çatdıran Pusi isə KAMAZ-ın oyunçusu David Karayevin liderliyinə şərik olub.
Qeyd edək ki, Belaydi Pusi 2023/2024 mövsümünü "Turan Tovuz"da, 2024/2025 mövsümünün ilk yarısını isə "Şamaxı"da keçirib.
















































































