"Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində deyib.
O bildirib ki, iki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib: "Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".








































































