2026-cı il dünya çempionatının seçmə mərhələsində daha 10 oyun keçirilib.
Sportnet.az xəbər verir ki, E qrupunda yer alan Türkiyə millisi Bolqarıstanla üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qrupun digər oyununda isə İspaniya səfərdə Gürcüstanı darmadağın edib - 4:0.
Bununla da sona 1 tur qalmış İspaniya 15 xalla 1-ci, Türkiyə 12 xalla 2-ci yerdə möhkəmlənib. Sonuncu turda Türkiyə İspaniyanı səfərdə məğlub etsə belə, bu, qrup liderliyi üçün kifayət etməyəcək. Çünki reqlamentə əsasən, xallar bərabər olduqda, həmin komandaların vurulan-buraxılan toplarının fərqinə baxılacaq.
Gecənin ən gərgin oyunu H qrupunda Bosniya və Herseqovina ilə Rumıniya yığmaları arasında keçirilib. İlk qolu qonaqlar vursa da, sonradan meydan sahibləri geridönüş edərək, qələbəyə nail olublar - 3:1.
Digər oyunda Avstriya səfərdə Kipri yenib - 2:0.
Bununla da qrup qalibinin adına son turda Avstriya - Bosniya və Herseqovina matçında aydınlıq gələcək. Hazırda Avstriyanın 18, Bosniya və Herseqovinanın 16 xalı var.
DÇ-2026
Seçmə mərhələ
15 noyabr
B qrupu
23:45. İsveçrə - İsveç - 4:1
Qollar: Bril Embolo, 13. Qranit Caka, 60 (pen.). Dan Ndoye, 75. Yohan Manzambi, 90+4 - Benyamin Nüqren, 33
23:45. Sloveniya - Kosovo - 0:2
Qollar: Fisnik Aslani, 6. Jan Karniçnik, 64 (öz qapısına)
Qırmızı vərəqə: Petar Stoyanoviç, 53 (Sloveniya)
Xal durumu: İsveçrə - 13, Kosovo - 10, Sloveniya - 3, İsveç - 1
C qrupu
23:45. Danimarka - Belarus - 2:2
Qollar: Mikkel Damsqor, 11. Qustav İsaksen, 79 - Valeri Qromıko, 62. Nikita Demçenko, 65
23:45. Yunanıstan - Şotlandiya - 3:2
Qollar: Tasos Bakasetas, 7. Konstantinos Karetsas, 57. Xristos Tsolis, 63 - Ben Qannon Douk, 65. Rayan Kristi, 70
Qırmızı vərəqə: Tasos Bakasetas, 84 (Yunanıstan)
Xal durumu: Danimarka - 11, Şotlandiya - 10, Yunanıstan - 6, Belarus - 1
E qrupu
21:00. Türkiyə - Bolqarıstan - 2:0
Qollar: Hakan Çalhanoğlu, 18 (pen.). Atanas Çernev, 83 (öz qapısına)
21:00. Gürcüstan - İspaniya - 0:4
Qol: Mikel Oyarsabal, 11 (pen.); 63. Martin Zubimendi, 22. Ferran Torres, 35
Xal durumu: İspaniya - 15, Türkiyə - 12, Gürcüstan - 3, Bolqarıstan - 0
H qrupu
21:00. Kipr - Avstriya - 0:2
Qollar: Marko Arnautoviç, 18 (pen.); 55
23:45. Bosniya və Herseqovina - Rumıniya - 3:1
Qollar: Qranit Ceko, 49. Esmir Bayraktareviç, 79. Haris Tabakoviç, 90+4 - Daniel Birlica, 17
Qırmızı vərəqə: Denis Draquş, 68 (Rumıniya)
Xal durumu: Avstriya - 18 xal (7 oyuna), Bosniya və Herseqovina - 16 (7), Rumıniya - 10 (7), Kipr - 8 (8), San Marino - 0 (7)
J qrupu
18:00. Qazaxıstan - Belçika - 1:1
Qollar: Dastan Satpayev, 9 - Hans Vanaken, 48
Qırmızı vərəqə: İslam Çesnokov, 79 (Qazaxıstan)
21:00. Lixtenşteyn - Uels - 0:1
Qol: Cordan Ceyms, 61
Xal durumu: Belçika - 15 xal (7 oyuna), Şimali Makedoniya - 13 (7), Uels - 13 (7), Qazaxıstan - 8 (8), Lixtenşteyn - 0 (7)












































































