Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu İspaniyaya qarşı 2026-cı il dünya çempionatının son seçmə matçında iştirak etməyəcək.
Sportnet.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mərkəz yarımmüdafiəçisi zədəsi ilə əlaqədar heyətdən çıxarılıb.
31 yaşlı oyunçu noyabrın 15-də Bolqarıstana 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada xəsarət alıb.
Qeyd edək ki, noyabrın 18-də Sevilya Olimpiya Stadionunda təşkil olunacaq İspaniya - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Hazırda İspaniya 15 xalla 1-ci, Türkiyə 12 xalla 2-ci yerdə gedir. Hər iki komanda DÇ-2026-nın ən azı pley-off mərhələsində iştirak hüququnu təmin edib.







































































