2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, axırıncı turun üçüncü oyun günündə 5 qrupda 10 matç təşkil olunub.
Qarşılaşmaların yekununda İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika qrup qalibləri kimi birbaşa DÇ-2026-ya vəsiqə qazanıb.
Kosovo, Danimarka, Türkiyə, Bosniya və Herseqovina, Uels yığmaları isə qruplarda ikinci yer sahibləri kimi pley-offa yüksəlib.
Qrup liderliyi uğrunda ən gərgin mübarizə Şotlandiya ilə Danimarka arasında gedib. C qrupunun matçında Danimarka uzatma dəqiqələrində qollar buraxaraq, məğlub olub - 2:4.
H qrupunda Bosniya və Herseqovina Avstriya ilə səfər oyununda hesabda önə çıxsa da, oyunun sonlarında top buraxaraq, heç-heçə ilə barışıb və liderliyə yüksələ bilməyib. Nəticədə Avstriya DÇ-2026-ya yüksəlib.
E qrupunda isə Türkiyə səfərdə İspaniya ilə məhsuldar heç-heçə edib. Nəticədə İspaniya qrupda ilk dəfə xal itirməklə yanaşı, ilk dəfə qapısından qollar buraxıb.
A qrupunda da son turun oyunu ilk 2 yerin sahibləri arasında olub. Kosovonun lider İsveçrə ilə görüşdə gücü 1:1 hesablı heç-heçəyə çatıb.
J qrupunda isə Bosniya və Herseqovina qrupda ikinci yeri səfərdə Uelsə 1:7 hesabı ilə uduzaraq, əldən verib.
---------------------------
Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində son görüşlər keçiriləcək.
Sportnet.az xəbər verir ki, axırıncı turun üçüncü oyun günündə 5 qrupda 10 matç təşkil olunacaq.
Qarşılaşmaların yekununda B, C, E, H, J qruplarının qalibləri birbaşa DÇ-2026-ya, ikinci yer sahibləri pley-offa vəsiqə qazanacaq.
B qrupunda Kosovo İsveçrənin mundiala vəsiqə şansını əlindən almaq üçün bu komandaya ən azı 6 top fərqi ilə qalib gəlməlidir.
C qrupunda birbaşa vəsiqənin taleyi Şotlandiya - Danimarka matçında həll olunacaq. Hazırda Danimarka 11 xalla lider olsa da, cəmi 1 xal geridə olan Şotlandiyanın ev oyununda qələbə şansı heç də az deyil.
E qrupunda 5 oyununun hamısını qələbə ilə başa vurmuş İspaniya Türkiyəni qəbul edəcək. "Ay-ulduzlular" meydan sahiblərini ən azı 7:0 hesabı ilə yenəcəkləri halda, mundiala çıxacaqlar. Əks halda, Vinçentso Montellanın baş məşqçi olduğu kollektiv pley-offda iştirak edəcək.
H qrupunda munndiala vəsiqə uğrunda görüşdə Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. Hazırda 16 xala malik qonaq komanda özündən 2 xal irəlidəki rəqibini keçmək üçün səfər matçında mütləq qələbə qazanmalıdır.
Nəhayət, J qrupunun 15 xala malik lideri Belçika xalsız Lixtenşteyni qəbul edəcək. Digər oyunda isə 13 xala malik iki komanda - Şimali Makedoniya ilə Uels qarşılaşacaq. "Qırmızı şeytanlar" "cırtdanlar"la görüşdə hətta heç-heçə etsələr belə, daha üstün top fərqinə görə mundiala vəsiqəyə daha yaxın olacaqlar. Makedoniyalılar isə bu halda britaniyalılara 7 top fərqi ilə qalib gəlməlidirlər. Uels isə yalnız qələbə təqdirində, ən azı pley-offa yüksələcək.
DÇ-2026
Seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç - Sloveniya - 1:1
Qollar: Qustav Lundren, 87 - Timi Maks Elşnik, 64
23:45. Kosovo - İsveçrə - 1:1
Qollar: Florent Musliya, 74 - Ruben Varqas, 47
Xal durumu: İsveçrə - 14, Kosovo - 11, Sloveniya - 4, İsveç - 2
C qrupu
23:45. Şotlandiya - Danimarka - 4:2
Qollar: Skott Maktominey, 3. Kiran Tirni, 90+3. Kenni Maklin, 90+8 - Rasmus Höylunn, 57. Patrik Dorqu, 82
Qırmızı vərəqə: Rasmus Kristensen, 62 (Danimarka)
23:45. Belarus - Yunanıstan - 0:0
Xal durumu: Şotlandiya - 13, Danimarka - 11, Yunanıstan - 7, Belarus - 2
E qrupu
23:45. İspaniya - Türkiyə - 2:2
Qollar: Dani Olmo, 4. Mikel Oyarsabal, 62 - Deniz Gül, 42. Salih Özcan, 54
23:45. Bolqarıstan - Gürcüstan - 2:1
Qollar: Georgi Rusev, 10. Filip Krastev, 24 - Luka Loçoşvili, 88
Xal durumu: İspaniya - 16, Türkiyə - 13, Gürcüstan - 3, Bolqarıstan - 3
H qrupu
23:45. Avstriya - Bosniya və Herseqovina - 1:1
Qollar: Mixael Qreqoriç, 77 - Haris Tabakoviç, 12
23:45. Rumıniya - San Marino - 7:1
Qollar: Dante Karlos Rossi, 13 (öz qapısına). Ştefan Bayaram, 29. Dennis Man, 42. Cakomo Valentini, 57 (öz qapısına). Yanis Haci, 76. Andrey Ratsiu, 82. Luis Muntyanu, 86 - Nikolas Cakopetti, 2
Xal durumu: Avstriya - 19 xal, Bosniya və Herseqovina - 17, Rumıniya - 13, Kipr - 8, San Marino - 0
J qrupu
23:45. Uels - Şimali Makedoniya - 7:1
Qollar: Harri Uilson, 18 (pen.); 75; 81 (pen.). Devid Bruks, 21. Brennan Conson, 37. Deniel Ceyms, 57. Neytan Brodhed, 88 - Boyan Miovski, 23
23:45. Belçika - Lixtenşteyn - 7:0
Qollar: Hans Vanaken, 3. Ceremi Doku, 34; 41. Brendon Mexele, 52. Aleksis Salemakers, 55. Şarl de Ketelare, 57; 59
Xal durumu: Belçika - 22 xal, Uels - 16, Şimali Makedoniya - 13, Qazaxıstan - 8, Lixtenşteyn - 0
Daha əvvəl Fransa, İngiltərə, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya və Niderland yığmaları da gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Ukrayna, Albaniya, Çexiya, İtaliya, İrlandiya, Slovakiya və Polşa isə pley-offa çıxıb.















































































