2026-cı il dünya çempionatının pley-off mərhələsi üçün səbətlərin tərkibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Türkiyə millisi 1-ci səbətə düşüb.
"Ay-ulduzlular"ın yarımfinalda UEFA Millətlər Liqasında qrup qalibləri olan və DÇ-2026-nın seçmə mərhələsi vasitəsilə bu hüquqa yiyələnə bilməyən 4 komandadan biri ilə qarşılaşacaq. Onlardan biri ötən il C Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparmış İsveç olacaq.
Səbətlərin tərkibi:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya
Noyabrın 20-də atılacaq püşk nəticəsində 1-ci səbətdəki hər komanda yarımfinalda 4-cü səbətdəkilərdən, 2-ci səbətdəki hər komanda isə 3-cü səbətdəkilərdən biri ilə üz-üzə gələcək. 1-ci və 2-ci səbətdəki komandalar bir matçdan ibarət mərhələnin qarşılaşmasını evdə oynayacaqlar. Yarımfinal görüşləri 2026-cı il martın 26-da, finallar isə martın 31-də keçiriləcək. Final oyununun ev sahibi isə püşkatma yolu ilə müəyyənləşəcək.








































































