Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nasr” klubunun futbolçusu Kriştianu Ronaldu ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşdən sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı hücumçu yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh üzərində qurulan gələcək üçün ruhlandırmaq məqsədilə əlindən gələni edəcəyini bildirib.
Ronaldu sosial şəbəkə hesabında yazıb: “Cənab prezident, dəvətə, mənə və gələcək həyat yoldaşım Corcinaya göstərdiyiniz səmimi qarşılanma üçün təşəkkür edirəm. Hər birimiz öz töhfəmizi verə bilərik və mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh üzərində qurulan gələcəyə ruhlandırmaq məqsədilə əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində beş dəfə Qızıl Top mükafatının, beş dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi və milli komandaların tarixində ən çox qol vuran futbolçu olub.











































































