"İnter”in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və maşınımla keçmiş komandamın toplanış yerinə gəldim”. Sportnet.az-ın məlumatına görə, bunu dünən klubun Avstriyadakı düşərgəsinə baş çəkən keçmiş futbolçu Bronislav Çervenka deyib.
O, komandanın fəaliyyəti ilə maraqlandığını da bildirib: "Keçmiş komanda yoldaşlarımı yenidən görmək xoş idi. Klubun prezidenti Georgi Nikolovla və baş məşqçi Kaxaber Tsxadade ilə görüşüb söhbətləşmək imkanım da oldu. Bəli, 2 il öncə "İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyəti ilə maraqlanıram”.
"Bankirlər” in keçmiş futbolçusu komandaya uğurlar arzulayıb: "Bilirəm ki, tezliklə komandanı Avropa Liqasında iştirak gözləyir və "İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim! Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram”.
Qeyd edək ki, çexiyalı futbolçu "İnter”in heyətində 2007 - 2012-ci illərdə çıxış edib.