2026-cı il dünya çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında təşkil olunmuş püşk nəticəsində Türkiyə millisinin rəqibləri də müəyyənləşib.
"Ay-ulduzlular" pley-offun yarımfinalında Rumıniya ilə, finalda isə Çexiya / İrlandiya cütünün qalibi ilə üz-üzə gələcəklər. Yarımfinal qarşılaşması 2026-cı il martın 26-da qardaş ölkədə olacaq. Final oyunu isə martın 31-də səfərdə təşkil olunacaq.
Püşkatmanın nəticələri:
Qitələrarası vəsiqələr uğrunda:
Yeni Kaledoniya / Yamayka cütünün qalibi - Konqo DR
Boliviya / Surinam cütünün qalibi - İraq
Bu oyunlar Meksikanın Monterret və Qvadalaxara şəhərində keçiriləcək.
Avropa zonası üzrə vəsiqələr uğrunda:
Uels / Bosniya və Herseqovina cütünün qalibi - İtaliya / Şimali İrlandiya cütünün qalibi
Ukrayna / İsveç cütünün qalibi - Polşa / Albaniya cütünün qalibi
Slovakiya / Kosovo cütünün qalibi - Türkiyə / Rumıniya cütünün qalibi
Çexiya / İrlandiya cütünün qalibi - Danimarka / Şimali Makedoniya cütünün qalibi
Final oyunları cütlüyün birinci tərəfinin qalib komandasının ev arenasında olacaq.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada baş tutacaq.













































































