"Napoli" komandası İtaliya A Seriyasında XII tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Atalanta" olub.
Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
"Napoli" hər 3 qolunu birinci hissədə vurub. David Neres 17-ci və 38-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. 45-ci dəqiqədə isə Noa Lanq fərqlənib. "Atalanta"nın yeganə qolunu Canluka Skamakka 52-ci dəqiqədə vurub.
Beləliklə, xalını 25-ə çatdıran "Napoli" liderliyə yüksəlib. "Atalanta" isə 13 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Napoli" növbəti görüşünü noyabrın 26-da eyni arenada "Qarabağ"a qarşı keçirəcək. Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

































































