Türkiyə Super Liqasında XIII turun "Qalatasaray" - "Gənclərbirliyi" oyun zamanı insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 32-ci dəqiqədə baş məşqçilər Okan Buruk və Volkan Demirel mübahisə edib.
"Gənclərbirliyi"nin futbolçuları Oğulcan Ülgün və Kelven Talisson zədələnərək yerdə qaldıqdan sonra komanda yoldaşları topu kənara vuraraq, oyunu dayandırıb. Tibbi müdaxilədən sonra oyun bərpa olunduqda, "Qalatasaray" futbolçuları topu rəqib komandaya geri qaytarmayıb.
Bu isə Volkan Demirelin əsəbiləşməsinə səbəb olub. O, rəqi həmkarı Okan Buruka yaxınlaşıb. Onlar arasında əl işarələri ilə bir müddət qarşılıqlı etirazlar baş verib. Gərginlik dördüncü hakimin müdaxiləsi ilə sakitləşdirilib və oyun problemsiz davam edib.
Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb - 3:2.




































































