"Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyada "Napoli" ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında təhlükəli anlar yaşayıb.
Sportnet.az-ın məlumatına görə, 51-ci dəqiqədə yaxın məsafədən vurulan zərbə kolumbiyalı müdafiəçinin üzünə tuş gəlib.
Zərbədən huşunu itirən Medinaya dərhal ilkin tibbi yardım göstərilib. Onu tezliklə ayağa qaldırmaq mümkün olub.
Futbolçu oyunu davam etdirə bilib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.









































































