Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
"Turan Tovuz" "Şahdağ Qusar"ı 2:1 hesabı ilə məğlub edib. Hesabı 4-cü dəqiqədə penaltidən Ayxan Hüseynov açıb. 64-cü dəqiqədə Aleks Souza Tovuz komandasının ikinci qolunu vurub. 76-cı dəqiqədə isə Qusar komandasının kapitanı Famil Camalov penaltini yerinə yetirib. I Liqa komandası bərabərlik qolunu vura bilməyib və "Turan Tovuz" 1/4 finala yüksəlib. Növbəti mərhələdə rəqib "Araz-Naxçıvan" - "Kəpəz" görüşünün qalibi olacaq.
Günün digər matçında isə "Zirə" "Neftçi" ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşmanın əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənsə də, VAR müdaxiləsindən sonra qollar qeydə alınmayıb. Əlavə vaxtda isə "Zirə" fərqlənməyi bacarıb. 116-cı dəqiqədə Martins Juniorun qolu görüşün taleyini həll edib.
Beləliklə, "Zirə" 1/4 finala yüksəlib. Növbəti mərhələdə rəqib "Difai" - "Sumqayıt" cütünün qalibi olacaq.
"Neftçi" isə kubokla erkən vidalaşıb.
1/8 final mərhələsinin qalan görüşləri 3-4 dekabrda keçiriləcək.
-------------------
Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə I Divizion təmsilçisi "Şahdağ Qusar" Sumqayıtdakı “SOCAR Polymer Arena”da "Turan Tovuz"la üz-üzə gələcək. Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Qusar və Tovuz komandaları kubokda ilk dəfə qarşılaşacaqlar.
Əvəzində "Zirə" və "Neftçi" 11-ci dəfə görüşəcəklər. Əvvəlki oyunların 4-də "qartallar", 3-də "ağ-qaralar" qələbə qazanıb. Daha 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Neftçi" öndədir - 9:6.
“Zirə” son iki görüşdə qol vurub. Qəsəbə klubunun meydanındakı son 4 görüşdə 1-dən artıq qol qeydə alınmayıb.
Saat 19:00-da başlanacaq matçın baş hakimi Tural Qurbanov olacaq.
Azərbaycan Kuboku, 1/8 final
2 dekabr (çərşənbə axşamı)
15:00. “Şahdağ Qusar” – “Turan Tovuz” - 1:2
Qollar: Famil Camalov, 76 (pen.) - Ayxan Hüseynov, 4 (pen.). Aleks Souza, 64
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”
19:00. “Zirə” – “Neftçi” - 1:0 (ƏSAS VAXT - 0:0, ƏLAVƏ VAXT - 1:0)
Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, 1/8 final mərhələsinin qalan oyunları 3-4 dekabrda keçiriləcək. Reqlamentə əsasən, bu mərhələdə də qalib tək matçlıq mübarizənin yekununda müəyyənləşəcək.















































































