Rusiyanın qadın futbolçulardan ibarət "Zenit" komandasının baş məşqçisi Andrey Boqdanaviçus istefaya göndərilib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyulub.
Boqdanaviçus "Zenit"ə 2022-ci ilin yanvarında köməkçi-məşqçi kimi cəlb edilib və 2025-ci ilin oktyabrında baş məşqçi təyin olunub. Onun Sankt Peterburq komandasının sükanı arxasında fəaliyyəti cəmi 2 ay çəkib.
Qeyd edək ki, "Zenit"in heyətində Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva da yer alıb. Mirzəliyeva yığma üzvü kimi Banqladeşdə keçirilmiş FIFA turnirinin qalibi olub.




































































