Bizon Azərbaycan Kubokunda ilk 1/4 final cütünün tərkibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, daha əvvəl 1/8 final səddini adlayan "Şamaxı"ya "Qarabağ" rəqib olub.
Ağdam təmsilçisi "Karvan-Yevlax"ı darmadağın edib - 3:0.
1/4 final oyunları 2026-cı ildə keçiriləcək. İlk matçlar 3-4 fevralda, cavab görüşləri 3-4 martda olacaq.
--------------
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Baku Sportinq"i qəbul edib. 68-ci dəqiqədə Rikardo Apolinario çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun təyin etdiyi penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini "Baku Sportinq"in qapıçısı Cəfər Əlizadə dəf edib. Cəmi 1 dəqiqə sonra Abdullahi Şuaybu qol vurmağı bacarıb.
"Şamaxı" 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə üz-üzə gələcək.







































































