2026-cı il futbol üzrə dünya çempionatı zamanı ABŞ-a 10 milyonadək xarici qonağın gəlişi gözlənilir.
Sportnet.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
Rəsmi məlumatda qeyd olunur ki, Çempionatın ABŞ iqtisadiyyatına 30 milyard dollar gətirəcəyi və 200 min iş yerinin yaradılacağı gözlənilir.
ABŞ dövlət rəsmiləri həmçinin xatırladıblar ki, xarici vətəndaşların matç biletlərinə malik olması vizanın avtomatik verilməsi demək deyil.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, konsulluq əməkdaşları çempionat iştirakçıları üçün prioritet əsasda müsahibə aparacaqlar. Vizanın vaxtında alınması üçün sənəd üçün müraciət mümkün qədər erkən edilməlidir.
2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.
Qeyd edək ki, Rusiya millisi 2022-ci ilin fevralından beynəlxalq turnirlərdən kənarlaşdırılıb.














































































