FIFA-nın "The Best" adlı mükafatlandırma mərasimi üçün sorğuda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi, kapitanı və jurnalist Rasim Mövsümovun verdiyi səslərin ünvanları açıqlanıb.
Sportnet.az xəbər verir ki, ən yaxşı qadın futbolçu seçimində Siyasət Əsgərov Kloi Kelli, Aytana Bonmati ("Barelona", İspaniya) və Liya Uilyamsona səs verib.
Kapitan Sevinc Cəfərzadə Kloi Kelli ("Arsenal", İngiltərə), Liya Uilyamson ("Arsenal", İngiltərə) və Alessiya Russonu ("Arsenal", İngiltərə), Rasim Mövsümov isə Aytana Bonmati, Alessiya Russo və Temva Çavinqanı ("Kanzas Siti", Malavi) fərqləndirib. Yekunda Aytana Bonmati 52 səslə ardıcıl üçüncü il dünyanın ən yaxşı qadın futbolçusu seçilib. Mariona Kaldentey ("Arsenal", İspaniya) 40 səslə ikinci, Aleksiya Putelyas ("Barselona", İspaniya) 33 səslə üçüncü olub.
Ən yaxşı baş məşqçi seçimində Siyasat Asgarov Sarina Viqman, Sonia Bompastor və Seb Haynsa ("Orlando Prayd, İngiltərə), Sevinc Cəfərzadə Sarina Viqman (İngiltərə millisi, Niderland), Sonya Bompastor ("Çelsi", Fransa) və Rene Slgersə ("Arsenal", Niderland), Rasim Mövsümov isə Sarina Viqman, Rene Slegers və Sonya Bompastora səs verib. Yekunda Sarina Viqman 26 səslə birinci, Sonya Bompastor 22 səslə ikinci, Rene Slegers 11 səslə üçüncü yeri tutub.
Ən yaxşı qadın qapıçı seçimində 2 nəfərə səs vermək imkanı yaradılıb. Siyasət Əsgərov Hanna Hempton və Anna Murhausa ("Orlando Prayd", İngiltərə), Sevinc Cəfərzadə Hanna Hempton ("Çelsi", İngiltərə) və Kata Kola ("Barselona", İspaniya), Rasim Mövsümov isə Hana Hempton və Kata Kola səs verib. Yekunda Hanna Hempton 28 səslə birinci, Kata Kol 20 səslə ikinci, Kristiana Endler ("Lion", Çili) 10 səslə üçüncü pilləyə layiq görülüb.








































































