Zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyən "Xəzər Lənkəran”ın futbolçusu Adrian Pit sıraya dönüb. Bu barədə Sportnet.az-a rumıniyalı yarımmüdafiəçinin özü məlumat verib.
O, artıq tam hazır olduğunu və sabah şans verildiyi təqdirdə "Qarabağ”a qarşı oynaya biləcəyini deyib: "Hazırda vəziyyətim yaxşıdır. Zədəm də sağalıb. "Qarabağ”a qarşı oynaya bilərəm. Bu, mövsümün son matçıdır. "Qarabağ” da artıq çempiondur. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Görək necə olacaq”.
Pit Mustafa Dənizlinin baş məşqçi postundan istefası barədə isə danışmaq istəməyib: "Bu rəhbərliyin biləcəyi işdir. Bizim işimiz futbol oynamaqdır. Məşqçi istefa verdi, növbəti məşqçi kim olacaq kimi məsələləri biz bilmərik. Kimi gətirərlər, onunla da işləyərik”.