Nüfuzlu Transfermarkt internet portalı hazırkı vəziyyətə görə dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Sportnet.az xəbər verir ki, futbol tarixinin ən bahalı yarımmüdafiəçisi adı "Real Madrid"in və İngiltərə millisinin üzvü Cud Bellinqemə məxsusdur. 22 yaşlı futbolçunun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir.
Siyahıda ikinci pillədə İspaniya "Barselona”sının 23 yaşlı yarımmüdafiəçisi Pedri qərarlaşıb. Onun bazar dəyəri 140 milyon avro təşkil edir.
İlk üçlüyü Almaniya “Bavariya”sında çıxış edən 22 yaşlı Camal Musiala tamamlayır – 130 milyon avro.
Reytinqin növbəti pillələrində isə transfer dəyəri 120 milyon avro olan üç futbolçu yer alıb. Bunlar İngiltərə təmsilçisi “Çelsi”nin üzvü Koul Palmer, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və "Real Madrid”in futbolçusu Federiko Valverdedir.














































































