İngiltərənin “Çelsi” klubu baş məşqçi Entso Mareska ilə yolları ayırmağa yaxındır.
Sportnet.az-ın "The Guardian"a istinadən məlumatına görə, istefa elə bu gün gerçəkləşə bilər.
İtaliyalı mütəxəssislə klub rəhbərliyi arasındakı münasibətlər tamamilə korlanıb.
Buna əsas səbəblərdən biri komandanın son dövrdəki uğursuz çıxışıdır. Londonlular son 9 oyunda cəmi 2 qələbə qazana biliblər.
Qeyd olunur ki, “Bornmut”la 2:2 hesablı heç-heçə ilə başa çatan matçdan sonra Mareska xəstə olduğunu əsas gətirərək mətbuat konfransına qatılmayıb. Lakin mənbə bildirir ki, baş məşqçi əslində klubdakı mövcud vəziyyətdən narazı olduğu üçün jurnalistlərin qarşısına çıxmaq istəməyib.
Hazırda İngiltərə Premyer Liqasında 19 turdan sonra 30 xal toplayan “Çelsi” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 15 xal geri qalır.













































































