Türkiyənin "Qalatasaray" klubu yanvar ayında olduqca gərgin oyun təqvimi ilə üz-üzə qalacaq.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi bu müddətdə Türkiyə Super Liqası, Türkiyə Kuboku, Türkiyə Super Kuboku və UEFA Çempionlar Liqasında mübarizə aparacaq.
“Sarı-qırmızılılar” Super Kubokda finala yüksəldikləri halda, yanvar ayı ərzində ümumilikdə 7 oyun keçirə bilərlər.
"Qalatasaray" yeni ilin ilk qarşılaşmasına 5 yanvar tarixində çıxacaq. Komanda Qaziantepdə keçiriləcək yarımfinalda "Trabzonspor"la üz-üzə gələcək.
Super Liqada "Qaziantep" və "Fatih Karagümrük"lə qarşılaşacaq “aslanlar” Çempionlar Liqasında Avropa nəhəngləri İspaniyanın "Atletiko Madrid" və İngiltərənin "Mançester Siti" komandaları ilə oyunlara çıxacaq. Türkiyə Kubokunda isə "Qalatasaray" "Fethiyespor"un qonağı olacaq.
"Qalatasaray"ın yanvar ayı üçün oyun təqvimi:
05.01.2025: "Qalatasaray" – "Trabzonspor" (Türkiyə Super Kuboku)
13.01.2026: "Fethiyespor" – "Qalatasaray" (Türkiyə Kuboku)
17.01.2026: "Qalatasaray" – "Qaziantep" (Türkiyə Super Liqası)
21.01.2026: "Qalatasaray" – "Atletiko Madrid" (UEFA Çempionlar Liqası)
24.01.2026: "Fatih Karagümrük" – "Qalatasaray" (Türkiyə Super Liqası)
28.01.2026: "Mançester Siti" – "Qalatasaray" (UEFA Çempionlar Liqası)
Qeyd edək ki, Türkiyə Super Kuboku bu mövsümdən yeni formatla - 4 komandanın iştirakı ilə keçiriləcək. Klublardan biri çempion "Qalatasaray", digərləri kubokun son qalibi "Beşiktaş", vitse-çempion "Fənərbağça" və kubokun finalçısı "Samsunspor"dur. Digər yarımfinal görüşündə "Fənərbağça" ilə "Samsunspor" üz-üzə gələcək. Final görüşü isə yanvarın 10-da keçiriləcək.












































































